Şrift:
“Əzizim Fellini” filminin rejissoru gənclərə ustad dərsi keçdi
16.01.2012 [08:27] - Gənclik
Azərbaycan Tədris Akademiyasında (A.S.A) 15 yanvar tarixində “Əzizim Fellini”,“Səhərə inan” bədii filmlərin müəllifi, hazırda çəkilişləri davam edən “Döngələr” çoxserialı bədii televiziya filminin rejissoru Cavid Təvəkkürün ustad dərsləri keçirilib.

Görüş zamanı Cavid Təvəkkür gənclərlə birlikdə müasir filmləri müzakirə edərək, Azərbaycan filminin bugünkü vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Rejissor, bir neçə ildən sonra Azərbaycanda yerli filmlərin və serialların istehsalının artacağını inkar etməyib: “Hazırda, öz istehsalımız olan filmlərin sayı getdikcə artır. Azərbaycan xalqı öz filminə inanmalı və onu səbirizliklə gözləməlidir. Hazırda dövlətimiz də bu sahədə bir çox işlər görür və yerli filmlərin istehsalı üçün pullar ayrılır”.

Cavid Təvəkkür daha sonra gənclərlə birlikdə Qərb və ABŞ istehsalı filmlərin cəmiyyətə hansı müsbət və mənfi təsirlərinin olduğunu da müzakirə edib: “Bu gün ABŞ-da və Qərbdə istehsal edilən filmlərlə İran və Türkiyə istehsalı filmlər arasında bir sıra fərqlər var. İstənilən halda, Şərq istehsalı filmlərdə olan drammaturgiya ABŞ və Qərb istehsalı olan filmlərdəki drammaturgiyadan fərqlənir”. 

1 saat davam edən təlimin ardından rejissor gənclərlə birlikdə xatirə şəkli çəkdirib. 

Qeyd edək ki, təlim tam ödənişsiz keçirilib
Bu xəbər oxucular tərəfindən 1373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed