Şrift:
Azərbaycanlı millət vəkilləri qalmaqallı Traxtur-Neft müsabiqəsi ilə bağlı parlament sədrinə müraciət edib
29.05.2015 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 15-də Təbrizdə bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən müsabiqədə baş verən hadisələr –hansıki bu ssenari “Traxtur”u çempionluqdan məhrum etdi- gündəmdən düşmür. Məlumata görə, bir qrup azərbaycanlı millət vəkili İranın parlament sədrinə müraciət edərək mövzunun araşdırılmasını istəyib.
Təbriz, Üskü və Azərşəhrin millət vəkili bildirib ki, “ölkənin şimal-qərb bölgəsi, xüsusi ilə də Şərqi Azərbaycanın millət vəkilləri parlament sədri Əli Laricaniyə məktub yazaraq “Trxatur-Neft” müsabiqəsində baş verən hadisələrin şəffaflaşdırılmasını tələb ediblər.

Əlirza Monadi Sefidan parlamentdə “Traxtur” müsabiqəsində idman qaydalarının riayət edilməməsi və hakimin seçilməsi məsələsinə baxılmasını tələb edib.

Millət vəkili vurğulayıb ki, “əgər parlamentin rəyi bu raportu təsdiqləyərsə onda mövzuya məhkəmə orqanlarında baxılmalıdır.”

Ə.M.Sefidan hakimin seçilməsi məsələsi, Teymuriyanın oyundan çıxarması, “Traxtur”un xeyirinə penaltinin tutulmaması, yalnış xəbərın yayılması, stadionda internet və mobil telefonlarının kəsilməsi məsələlərinin araşdırılmalı olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed