29.05.2015 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Tehranın İnqilab Məhkəməsinə çağırılıb.
O öz Facebook səhifəsində dərc etdiyi məlumatda Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinə çağırıldığını bildirib.
Fəal 6-cı gün mayın 30-da məhkəməyə müraciət etməlidir.
Qeyd edək ki, Ə.Fərşi fevralın 21-i Dünya Ana Dili Günündə Tehranda yaxalanıb və iki ay saxlandıqdan sonra aprelin 19-da kəfalət qərarı ilə Evin zindanından azadlığa buraxılıb. O Dünya Ana Dili Gününü ağırlamaq məqsədi ilə mərasim keçirmək üçün səlahiyyətli orqanlardan icazə almağa çalışıb. Fəal bu istiqamətdə iki ay fəaliyyətdən sonra təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Tehranın Evin zindanının 209-cu bölümünə aparılmışdır.
Adını çəkdiyimiz azərbaycanlı fəal universitet ustadıdır. Lakin o mədəni fəaliyyətlərinə görə Culfa beynəlxalq universitetindən uzaqlaşdırılıb. Fəal bu günə qədər Ana dili ilə bağlı fəaliyyətlərinə görə 3 dəfə yaxalanıb və uzun müddət saxlanılıb.

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |