Şrift:
Qərbi Azərbaycan valisi işsizliyi ən önəmli problem kimi qiymətləndirib
30.05.2015 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın valisi işsizliyi gənclərin, xüsusi ilə də ali təhsilli cavanların ən önəmli problemi adlandırdı.
Qurbanəli Səadət texniki və peşə universitetinin rəisi ilə danışıqda Qərbi Azərbaycanda 118 min nəfərdən çox ali təhsilli cavanın işsiz olduğunu bildirərək bəyan edib ki, hal-hazırda işsizlik problemini həll etmək birinci öncəlikdir.

Vali, gənclərin işlə təmin olunması məqsədi ilə texniki və peşə ixtisaslarının inkişafını vacib sayıb: “Qərbi Azərbaycanda texniki və peşə istisasları və fəaliyyətlərin genişlənməsi iş bazarında olan ehtiyaclara uyğun olmalıdır. Belə olan halda işsizlik probleminin bir hissəsi öz həllini tapacaq.”

Q.Səadət Qərbi Azərbaycanın 3 xarici ölkə ilə qonşu olduğunu diqqətə çatdıraraq vəziyyətdən çıxmaq üçün bu fürsətdən istifadə etməyi məsləhət görüb: “Texniki və peşə işləri ilə əlaqədar qonşu ölkələrlə əməkdaşlıq etmək işsizlik problemini çözməkdə yardımçı olar.”

Vali işsizlik problemi ilə bağlı qonşu ölkələrdən Qərbi Azərbaycan universitetlərinə öyrənci cəlb etməyi məqsədə uyğun hesab edib.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed