Şrift:
İranın mahnı müsabiqəsində azərbaycanlı müğənni birincilik qazanıb (video)
01.06.2015 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şoma TV kanalının mahnı müsabiqəsində güneyli gənc müğənni “Sənə görə” mahnısı ilə birincilik qazanıb.
Bu yaxınlarda Güney Azərbaycan və İranda adı dillərə düşən Əli Pormehr “Yağış altında” mahnı albomu buraxıb.

Azərbaycan mahnıları ilə çıxış edən Pormehr xalq arasında böyük sevinclə qarşılanır.

Öz səsi ilə İran Azərbaycan musiqisinə yeni nəfəs qatan gənc müğənnini parlaq gələcək gözləyir.

Ana dilinə vurğun olan müğənni İranın rəsmi kanalında çıxış etsə də, farsca mahnı ifa etməkdən imtina edir.

Durnanews veb saytının yazdığına görə, Pormehr yaxın gələcəkdə Urmiyədə konsert proqramı ilə çıxış edəcək.

VIDEO:

Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed