Şrift:
Sulduzda tapılan iki mağara qeydiyyata alınıb
01.06.2015 [12:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələri turizm sənayesi üçün böyük potensiala malikdir.
Sulduz şəhərinin ətraf mühit mühafizə idarəsinin rəisi bu şəhərə bağlı olan kəndlərdə iki mağaranın kəşf olunması və onların siyahıya alınması ilə bağlı məlumat verib.

Fəramərz Səfəri “İrna” xəbər agentliyinin müxbirinə bildirib ki, “mağaralar Qərbi Azərbaycan ətraf mühit mühafizə idarəsinin heyəti, bu idarənin çevrə gözətçiləri və dağçı qrupun birgə fəaliyyəti nəticəsində tapılıb.”

Ətraf mühit mühafizə idarəsinin rəisi əlavə edib ki, “mağaraların araşdırılması insanların ilk iqamətgahı olduğuna görə xüsusi əhəmiyyət daşıyır.”

F.Səfəri sözlərinin sonunda yeni mağaraların tapılması və lazımi sərmayənin cəlb olunması ilə bölgənin turizm sahəsində yeni imkanlar yaranacağına ümid etdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed