02.06.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın digər bölgələri kimi Ərdəbil vilayətinin əhalisi xüsusi ilə də gənclər işsizlik və iqtisadi problemlərdən əziyyət çəkir.
Ərdəbil vilayətinin əmək və ictimai rifah idarəsinin baş müdiri bildirib ki, bu vilayət 1392-ci ildə (hicri-şəmsi təqvimi ilə) universitet məzunlarının işlə təmini ilə bağlı ölkədə 23-cü yerdə olub.
İşsizliklə bağlı mətbuata açıqlama verən Hüseyn Münəvvəri sözlərini belə davam etdirib:
“1392-ci ildə Ərdəbil vilayətində işlə təmin edilmiş şəxslərin 65602 nəfəri universitet məzunu olub, bu 1390-cı ilə nisbətən 1.3 faiz artım deməkdir. Ali təhsilli şəxslərin işsizlik səviyyəsi 1390-cı ildə 18.5 faizdən 1392-ci ildə 24.4 faizə yüksəlib və bu baxımdan Ərdəbil vilayəti ölkə üzrə 23-cü yerdədir.”
H.Münəvvəri qeyd edib ki, “mövzu ilə bağlı ötən ilin statistikası (amar) tam olaraq hazırlanmayıb. Ötən ildə işsizlik səviyyəsi fəsillərə görə müəyyən edilib. Yazda 9.1, yayda 11.6 və payızda 12.1 faizi göstərir.

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |