Şrift:
Türkiyə Şərqi Azərbaycanda yatırımı artırır
02.06.2015 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyənin Şərqi Azərbaycandakı baş konsulu bildirib ki, Türkiyə İran və xüsusi ilə Şərqi Azərbaycanda sərmayə yatırımını artırmaq niyyətindədir.
Güven Begeç Azərbaycan şirkətlərinin tanıtım konfransı zamanı jurnalistlərə bildirib ki, “Türkiyənin özəl sektoru İranda olduqca aktivdir və bu günə qədər 2 milyard dollardan çox İranda sərmayə yatırıb.”

Baş konsulun sözlərinə görə, yatırımın 400 milyon dolları Şərqi Azərbaycana qoyulub.

G.Begeç Türkiyə ilə Şərqi Azərbaycan arasında ortaq mədəni dəyərlərə işarə edərək qeyd edib ki, “hər iki tərəf üçün sərmayə yatırmağa şərait yaranıb və mənim fikrimcə tərəflərin özəl sektoru daha fəal olmalıdır.

O Azərbaycanın bənzərsiz coğrafi mövqeyinə də toxunub: “Şərqi Azərbaycana, iki ölkə arasında olan ticarətdən ən çox pay düşməlidir. Ona görə ki, Şərqi Azərbaycanın yaxşı potensialı və misilsiz coğrafi durumu var.”

Baş konsul əlavə edib ki, Şərqi Azərbaycan fürsətlər dünyasıdır və Türkiyə bu bölgədə sərmayə yatırımını artırmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed