Şrift:
Traxtur Klubunun baş müdürü: -Biz sistemi futbola qurban vermərik
03.06.2015 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubunun baş müdiri qalmaqallı “Traxtur-Neft” müsabiqəsindən danışarkən bildirib ki, biz sistemi futbola qurban vermərik.
Abbasi mətbuat konfransında bunları deyib:

““Traxtur” məsələsindən su-istifadə edib islam cümhuriyyətinin müqəddəs sistemini hədəfə alanları qınayırıq. Biz uğrunda minlərlə şəhid verilən sistemi futbola qurban vermərik, lakin haqqımızdan da keçmərik. Xoşbəxtlikdən hörmətli prezident, idman (vərziş) naziri və Futbol Federasyonunun rəisi son müsabiqədə baş verən hadisələrlə maraqlandılar. Biz də məsələnin yenidən araşdırılması üçün nümayəndələr (millət vəkilləri) birliyinin yaradılmasını istəyirik... .”

Abbasi əlavə edib ki, “Traxtur”un kimliyi onun tərəfdarlarıdır. Biz məsələnin axırına qədər getməliyik. Biz faktsız danışmırıq. Ona görə ki, əgər sübut edə bilməsək bu qeyri-qanuni olar. Lakin bizim də bir sıra fakt və sənədlərimiz var. Əgər kimsə klubu ittiham etmək istəsə, onda sənədləri təqdim edəcəyik.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed