Şrift:
Doktor Əsədullah Əsədidən yeni xəbər
02.06.2015 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycandan olan fəal doktor Əsədullah Əsədi bir neçə gün öncə həbsxananın təknəfərlik məhbəsinə köçürülüb. O ölkə rəhbərini təhqir və düşmən ölkələrlə əməkdaşlıq etməkdə suçlanaraq 5 il 6 ay həbs cəzasına məhkum edilib.
Məlumata görə, fəal zindan poliklinikasına xəstə məhbuslara qeyri-münasib dərman verdiyinə görə etiraz edib və Evin zindanının 7-ci bölümündə ölən bir neçə məhbusun ölüm səbəblərini araşdırmaq üçün komitə yaradıb. Bundan sonra azərbaycanlı məhbus zindan məsulları tərəfindən təknəfərlik məhbəsə köçürülüb.

Onun bir neçə gün təknəfərlik məhbəsdə qaldıqdan sonra məzuniyyətə buraxıldığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed