Şrift:
Tanınmış fəal Abbas Lisanının açıq məktubunun tərcüməsi insan haqları təşkilatı və Əhməd Şəhidə göndərilib
02.06.2015 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin yazdığı açıq məktubun tərcüməsi insan haqları təşkilatı və Əhməd Şəhidə göndərilib.
Məktub azərbaycanlı hüquqşünas, insan haqları fəalı xanım Jalə Təbrizi tərəfindən rəsmi olaraq insan haqları təşkilatı və Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidə göndərilib.

Bundan öncə azərbaycanlı fəal Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsinin rəisinə məktub ünlanlayıb. Məktubda milli fəalın dosyesi ilə bağlı məhkəmə iclasının açıq keçirilməsi istənilib. A.Lisani məhkəmədən istəyib ki, İran Anayasasının 168-ci əsli icra olunsun və həmin qanun əsas götürülərək məhkəmə iclasına münsiflər heyəti və müstəqil jurnalistlər qatılsın. 168-ci əslə əsasən siyasi və mətbuatı məsələlərə münsiflər heyəti və müstəqil jurnalistlərin qatılımı ilə açıq məhkəmə iclasında baxılmalıdır.

Azərbaycanlı fəal “açıq məhkəmə” tələbi təmin olunmadığına görə iki dəfə məhkəmə iclasına qatılmaqdan imtia edib.

Xatırladaq ki, tanınmış milli-mədəni fəal A.Lisani mədəni fəaliyyətləri ilə seçilən fəallardan biridir. O Babək Qalası, Urmu Gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstü mərasimi və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb. Cənab Lisani Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb. O hər zaman təqib və təzyiqlərə məruz qaldığına görə, kütləvi informasiya vasitələri və beynəlxalq insan haqları təşkilatlarının diqqət mərkəzində olub!
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed