Şrift:
GünAz TV başqanı Telekanalın Bakı studiyası rəhbərinin evinə basqınla bağlı kimdən şübhələnir? – AÇIQLAMA
03.06.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
GünAz TV başqanı Əhməd Obalı hadisə ilə bağlı üzərində dayandığı versiyalar və şübhələndiyi şəxslər barəsində açıqlama verib.

Xəbər verdiyimiz kimi, mayın 25-də Bakıda güney azərbaycanlı fəal, GünAz TV Bakı studiyasının rəhbəri Araz Obalının (Əlirza Yusifi) evinə şübhəli basqın olub. Özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edən iki naməlum şəxs, kirayədə yaşayan Araz Obalını döyərək təxminən 5000 manat pul, mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və tam dəqiqləşməyən bir neçə qiymətli əşyalar aparıblar. Bu hadisə ilə bağlı GünAz TV başqanı Əhməd Obalı Televizyanın mətbuat mərkəzinə açıqlama verib.

Televiziya başqanı bildirib ki, “bu hadisə ilə bağlı iki versiya üzərində durmaq olar: Oğurluq və siyasi sifarişli basqın. O hadisənin sadəcə bir oğurluqdan ibarət olması ehtimalını irəli sürsə də ama bu ehtimalın olduqca az olduğunu bildirib. GünAz TV başqanı sözlərini belə əsaslandırıb ki, “evə basqın edən şəxsləri Araz Obalı görüb və o şəxsləri bundan öncə də gördüyünü bildirib. Və məlum olub ki, həmin şəxslər onu təqib edirmişlər. Həmçinin A.Obalı Bakıda mərkəzdən uzaq bir yerdə kiçik bir evdə kirayədə yaşayır. Və oğruların diqqətini çəkəcək bir iqtisadi vəziyyətdə deyil. Hətta basqınçılar evdə çox məbləğdə pul da tapa bilməyiblar. Ona görə də, A.Obalının bu basqınçıların hədəfinə düşməsi ehtimalı azdır. Onlar zahirən 4, 5 nəfər olublar və bir-birləri ilə əlaqəli şəkildə bu cinayəti törədiblər. Demək ki, bir şəbəkə kimi əməl ediblər və ona görə də məntiqcə onlar kirayədə olan bir şəxsin evinə oğurluq fikrinə düşməməlidirlər. Bütün bunlara görə bu cinayət hadisəsinin sadəcə bir oğurluq olması ehtimalı azdır.”

Sözü gedən basqınla bağlı şübhələrini dilə gətirən Ə.Obalı daha çox siyasi sifarişli basqın versiyası üzərində dayandığını bildirib və öz fikirlərini belə açıqlayıb:

“Mən ən çox siyasi sifariş versiyası üzərində dayanıram. Burada şübhələndiyim şəxslər var. Əgər bu sifarişdirsə, onda bu iş İran rejiminin sifarişi ilə ola bilər. Lakin başqa ehtimallar da var. Mən Ümid Partiyasının sədri İqbal Ağazadə və onun İranın SƏHƏR Televiziyasında 15 il işləmiş müavini Rüfət Muradlıya da şübhələnirəm. Bir müddət öncə müəyyən siyasi məsələlərə görə İqbal Ağazadə ilə aramızda ixtilaflar yarandı və o, həmin zaman məni və Araz Obalını telefonda möhkəm təhdid etdi. İ.Ağazadə hətta başqa azərbaycanlı şəxsləri də dəfələrcə təhdid edib və mən bütün bunlar barəsində Televiziyada danışmışam. Və indi də bu hadisə də həmin şəxslərə şübhə edirəm.”

GünAz TV başqanı sözlərinin sonunda artıq hadisə ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Daxili İşlər Nazirliyi və Polis İdarəsinə müraciət olunduğunu və hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. O vurğulayıb ki, biz qanun çərçivəsində məsələnin sonuna qədər gedəcəyik”.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed