Şrift:
Qubada yoluxucu xəstəliklərin qarşısının alınması mövzusunda tədbir keçirilib.
02.06.2015 [12:06] - Gündəm, Sağlıq
Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Reproduktiv sağlamlıq və ailə planlanması sahəsində regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda layihə həyata keçirilir.
Layihənin əsas məqsədi əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlanması – yalnız arzuolunan körpələrin doğulması, cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunma yolları, sağlam gənclik və s. mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə abortlarının sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. Layihə çərçivəsində Quba, Siyəzən, Salyan, Şamaxı və Hacıqabul rayonlarının müxtəlif qəsəbə və kəndlərini əhatə etməklə maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır.
Seminarı giriş sözü ilə “Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi sədri Pərvin Məmmədova açmış mövzunun aktuallığını diqqətə çatdırmış, belə bir layihənin Neftçala rayonunda keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Quba Rayon İcra hakimiyyətinə minnətdarlığını bildirmişdir.
Quba rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin rayonlarda keçirilməsini müsbət qiymətləndirmiş, rayonda bu sahədə mövcud vəziyyətlə bağlı çıxış etmişdir.
İştirakçılara qadın və uşaqların sağlamlığı, yoluxucu xəstəliklər, xüsusilə də İİV/QİÇS xəstəliyi və fəsadları, bu xəstəlikdə qorunma üsulları, reproduktiv sağlamlıq, ailə planlanması, yalnız arzuolunan körpələrin doğulmasının zəruriliyi haqqında məlumatlar verilmişdir.
İcma səviyyəsində maarifləndirmə işinin aparılması, nəşrlərin paylanması uşaq və qadınların sağlamlıqlarının qorunmasına, erkən nikahların, abortların qarşısının alınmasına, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və onların biliklərinin artırılmasına xidmət edir.
Tədbir iştirakçılar arasında mövzu ətrafında fəal müzakirələr aparılmış, bu kimi tədbirlərin ölkənin ucqar rayonlarında keçirilməsinin əhəmiyyətini, həmçinin sağlam körpələrin doğulmasına, ana və körpə ölümünün azalmasına, orta ömür göstəricilərinin yüksəldilməsinə nail olmaq üçün səhiyyə xidmətlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd etmişlər.

Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed