Şrift:
3 şahmatçımız Avropa Çempionatında beynəlxalq normanı ödəyib
02.06.2015 [14:03] - Gündəm, İdman
Mayın 18-dən 31-nə qədər Gürcüstanın Batumi şəhərində (Çakvi) keçirilən Qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında Azərbaycanın bir sıra qadin şahmatçıları beynəlxalq normaları yerinə yetiriblər. Çempionatda iştirak edən təmsilçilərimizdən Xəyalə Abdulla sonuncu qrossmeyster balını toplayaraq qadınlar arasında beynəlxalq qrossmeyster normasını ödəyib. İndi FİDE-nin növbəti konqresində Xəyalənin qrossmeyster adı təsdiq olunacaq. Xəyalə çempionatda öz əmsalını 37 bənd artıra bilib.

Nərmin Məmmədova və Aydan Höccətova, iki gənc 16 yaşlı qızlarımız da ilk dəfə olaraq beynəlxalq usta normasının balını ödəyə biliblər. Maraqlıdır ki, belə mötəbər çempionatda Nərmin öz beynəlxalq əmsalını 86 bənd artıra bilib.

Qeyd etmək lazımdır ki, indiyədək keçirilən qadınların Avropa çempionatında ilk dəfədir ki, eyni zamanda 3 şahmatçımız beynəlxalq normaları ödəyə biliblər.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed