Şrift:
Bakı-2015- Məşəl estafeti Sumqayıtda
02.06.2015 [21:22] - Gündəm, İdman
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.

İlk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılandı. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izlədi.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul etdi. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəldilər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verildi.

Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salındı.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed