Şrift:
Lavaşın türk dövlətlərinin ümumi sərvəti kimi UNESСO siyahısına daxil edilməsi ilə bağlı müraciət olunacaq
03.06.2015 [00:42] - Gündəm, Türk dünyası-Turan
“Əgər ermənilər bu torpaqların daimi sakinləri olduqlarını iddia edirlərsə, nəyə görə “Köçəri” rəqsinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilməsi ilə bağlı məsələ qaldırırlar? Bu rəqs tərəkəmələrə məxsus bir rəqsdir. Bu məsələyə baxılacaq və müvafiq qərar veriləcək”.


Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.


Ə. Qarayev bildirib ki, lavaşın türk dövlətlərinin ümumi sərvəti kimi UNESСO-nun qeyri maddi–mədəni irs siyahısına daxil edilməsi ilə bağlı birgə müraciət olunacaq: “Bildiyiniz kimi, biz lavaşın bu siyahıya daxil edilməsinin qarşısını çətinliklə aldıq. Eyni zamanda “Yallı”nın bu siyahıya daxil edilməsi ilə də bağlı müraciətimiz olacaq ki, “Köçəri” rəqsi “Yallı”nın ayrılmaz parçasıdır. Mətbuatı da bu məsələlərə həssas olmağa çağırıram”.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed