Şrift:
Minskdə Ukrayna üzrə Təmas Qrupunun növbəti görüşü keçirilib
03.06.2015 [00:48] - Gündəm, Hərb
Minskdə Ukraynadakı vəziyyətin nizamlanması üzrə Təmas Qrupunun növbəti danışıqları keçirilib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Belarus XİN-i məlumat yayıb.

“Prezident Otel”də keçirilən görüşdə növbəti danışıqların iyunun 16-da və 23-də Minskdə keçirilməsinə dair razılıq əldə olunub. Danışıqların təfərrüatları hələlik açıqlanmır.

Görüşdən əvvəl Kiyevin danışıqlardakı nümayəndəsi, eks-prezident Leonid Kuçma bildirib ki, Təmas Qrupunun bugünkü toplantısında altqrupların əlaqələndiriciləri dinləniləcək, əsas məsələlərdən birinin isə Şirokino qəsəbəsinin demilitarizasiyası olacaq. Bundan başqa Donbasda təmas xəttindən 100 mm kalibrli silahların geri çəkilməsi məsələsinin də müzakirə ediləcəyi qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl mayın 22-də Minskdə keçirilmiş üçtərəfli Təmas Qrupunun iclasında əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Tərəflər Donbasda Minsk sazişində nəzərdə tutulan yerli özünüidarəetmə seçkilərinin tarixinin təyin edilməsi ilə bağlı məsələdə anlaşmaya nail ola bilməyiblər.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed