16.01.2012 [12:56] - Gündəm
Azərbaycanın Traxtor taxımı, Buşehrin Şahin taxımını 3- 0 hesabı ilə dizə çökdürdü
Azərbaycanın Traxtor taxımı, Buşehrin Şahin taxımını 3- 0 hesabı ilə dizə çökdürdü.Buşehrdə keçirilən bu oyunun 20-ci saniyəsində Fərzad Hatəminin qolu ilə Buşehrin Şahin taxımının qapısı açıldı. Şahin taxımı əks hücuma başlasa da bir sonuc əldə edə bilmədi. Yenə 42-ci dəqiqədə Rudriqo Tuzinin qolu ilə yenidən Şahin taxımının qapısını açdı. Beləliklə oyunun birinci yarısı 2-0 hesabı ilə sona çatdı. Oyunun ikinci yarısının 72-ci dəqiqəsində də Traxtor taxımı bir qol vurdu və 3-0 hesabı ilə oyunu udmuş oldu. Bu uduşla Traxtor taxımı 36 imtiyazlı oldu və cədvəldə ikinci yeri qazandı.
Bu uduşu bütün Azərbaycan sevərlərə Təbrik edirik.
Yaşasın Azərbaycan
Yaşasın Traxtor
Körfəz bölgəsində Gərginlik Artır
İran, neftinə embarqo tətbiq olunması halında, körfəz ölkələrindən bunu telafi etmək üçün neft istehsalını artırmamaları üçün uyardı.İranın OPEC səlahiyyətlisi Məhəmməd Əli Hatibi, Avropa Birliyinin İran neftinə embarqo tətbiqə başlaması halında, Ərəb qonşulardan, İran nefti yerinə neft istehsallarını artırmamalarını istədi. Hatibi, "Bunun nəticələri nəzərdə tutula bilməz. Ərəb qonşularımız belə macəraçılarla əməkdaşlıq etməməli və ağıllı siyasətlər izləməlidir" dedi.Avropa Birliyi ölkələri, prinsip olaraq İran neftinə embarqo tətbiq olunmasını qərarlaşdırmışdı.Tahran rəhbərliyi daha əvvəl də qərbli ölkələri xəbərdar edərək, neftinə sanksiya tətbiq olunması halında Hürmüz Boğazını bağlayacağı təhdini etmişdi.
Güney Aərbaycan milli hərəkat fəalları Osloda urmu gölünün iran rejimi tərəfindən qurudulmasına qarşı etiraz aksiyası keçiriblər
Yanvar ayının 14-ü saat 15-00 də Güney Aərbaycan milli hərəkat fəalları Osloda urmu gölünün iran rejimi tərəfindən qurudulmasına qarşı etiraz aksiyası keçiriblər. Bir saat davam edən bu mitingdə etiraz edənlərin əlində plakardlara yazılmış şüarlar və Urmu gölünün qurudulması ilə bağlı şəkillər olmuş. Etiraz edənlər Oslo məclisinin önündən başlayaraq Oslodakı İran səfirliyi önünə getmişlər. Səfirlik önündə ingilis dilli bəyaniyyə oxuyub və Urmu gölünün qurudulmasına etiraz edici şüarlar söyləmişlər.
Yenə də edamlar: İranda daha12 asıldı
İranda müxtəlif günahlarla ölümə məhkum olan 12 nəfərin edam edildiyi bildirildi.
mehr Xəbər Agentliyi, adam qaçırma, təcavüz, silahlı soyğun, adam öldürmə, narkotik qaçaqçılığı günahları ilə məhkum olub, edama məhkum edilənlər bu gün səhər çağı Şirazda asıldıqlarını açıqladı.
Çoxlu miqdarda narkotik qaçaqçılığı edən 7 adamın məhbus olduqları zindanda və adam qaçırma, təcavüz, silahlı soyğun, adam öldürmə cinayətlər işləyən 5 nəfər də ictimai sahədə(xiyabanda) edam edildikləri ifadə edildi.
İran qanunlarına görə, bu cinayətləri işləyənlər edam tələbiylə mühakimə olunur.
İranda sənədsiz xarici valyutaya malik vətəndaşlar həbs ediləcək
Əgər hansısa ölkə vətəndaşının üzərində faktura sənədi olmayan dollar və avro aşkar edilsə, həmin valyuta qaçaqmal kimi müsadirə ediləcək, həmin şəxsin özü isə həbs olunaraq məhkəməyə veriləcək”. Bu fikirləri İran Mərkəz Bankının Nəzarət və Təftiş Komissiyası sədrinin müavini İbrahim Dərvişi bildirib. Onun sözlərinə görə, bu qərar yanvarın 15-dən bütün ölkə vətəndaşlarına şamil olunur: “İran vətəndaşları dollar və ya avronu rəsmi valyutadəyişmə məntəqələrindən almalı və üzərlərində haradan aldıqlarına dair faktura sənədi olması lazımdır. Faktura sənədi olmayan valyuta qanunazidd sayılacaq və hər kəsin əlində tutulsa həbs olunacaq. Nəticədə həmin şəxsə həmin valyutanın iki misli həcmində cəza təyin ediləcək. Ona hətta həbs cəzası da verilə bilər”.
İbrahim Dərvişi həmçinin deyib ki, ölkəyə xaricdən valyuta gətirən şəxslərdə pulun miqdarını göstərən rəsmi sənəd olmalıdır. Əks təqdirdə həmin şəxslər qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. İran Mərkəz Bankının rəsmisi ölkənin valyutadəyişmə məntəqələrinə xəbərdarlıq etməyi də unutmayıb: “Qanunazidd addımlar atan valyutadəyişmə məntəqələri bağlanacaq və onların fəaliyyət göstərmələri üçün verilmiş icazə vərəqələri ləğv ediləcək”.
Qeyd edək ki, iki həftə əvvəl İranda milli valyutanın dəyəri xeyli aşağı düşüb, xarici valyutanın dəyəri artıb. İbrahim Dərvişi isə bu məsələdə dəllalları günahlandıraraq İran təhlükəsizlik orqanlarının bunun qarşısını alacağını vurğulamışdı.
Siyasi fəalımızın edam cəzası ömürlük həbslə əvəz olundu
Güney Azərbaycanın Urmu şəhərinin mərkəzi zindanında həbs olunan soydaşımız barədə yeni qərar qəbul edilib. Əhli-haqq (ələvi) təriqətinə mənsub olan Yunis Ağayanın edam hökmü qaldırılıb. O, məhkəmə tərəfindən ömürlük həbsə məhkum edilmişdir.
Bu barədə məhkəmənin səlahiyyətli şəxsləri məhkuma şifahi olaraq məlkumat veriblər. Qeyd edək ki, Miyandabın (Qoşaçay) Üçtəpə kəndindən olan Y.Ağayan 2004-cü ildə dörd azərbaycanlı fəal - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Mehdi Qasımzadə ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət göstərmək ittihamıyla həbs edilib.
Məhkəmə əvvəlcə onların hamısı barəsində edam hökmü çıxarıb. Ancaq sonradan İ.Qasımzadə, S.Məhəmmədi və B.Məhəmmədin üzərindən bu hökm götürülüb və onlar Yəzd həbsxanasına sürgün edilməklə 13 illik həbsə məhkum olunublar, M.Qasımzadə və Y.Ağayanın barəsində çıxarılmış edam qərarı isə qüvvədə qalıb. Nəticədə Mehdi Qasımzadə 2009-cu il fevralın (February) 28-də Urmu zindanında dar ağacından asılıb. "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) dəfələrlə bəyanat yayaraq Y.Ağayanın edam hökmünün ləğv olunmasını tələb edib.
Böyük Britaniya İrana qarşı hərbi kampaniyanın aparılması ehtimalını gözdən keçirir
Böyük Britaniya nüvə silahının yaranmasına yol verməmək məqsədi ilə İrana qarşı hərbi kampaniyanın aparılması ehtimalını istisna etmir, lakin eyni zamanda hadisələrin belə inkişaf variantını (seçənək) da təbliğ etmir.
İTAR-TASS-a istinadən verilən xəbərə görə, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Uilyam Heyq bəyan edib.
“Biz heç vaxt heç bir ehtimalı istisna etməmişik, lakin bununla yanaşı onlardan hansısa birini dəstəkləməmişik. Biz güman edirik ki, heç bir ehtimal müzakirələrdən çıxarılmamalıdır, İrana təzyiq də elə bundan ibarətdir. Lakin, əlbəttə ki, biz hərbi aksiyanın keçirilməsinə çağırmırıq və onu təbliğ etmirik.
Əgər İran iştirak edərsə biz konstruktiv (yararlı) danışıqların başlanması mövqeyindən çıxış edirik, həmçinin İranın hər hansı bir güzəştə getməsinə nail olmaq üçün sanksiyaların (təhrim) tətbiq edilməsi məqsədi ilə təzyiqin gücləndirilməsi mövqeyini dəstəkləyirik” - deyə Britaniyanın XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, İranın hərbi nüvə proqramını inkişaf etdirmək istəyi artmaqda olan təhlükəli vəziyyət yaradır.

Bu xəbər oxucular tərəfindən 1454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |