03.06.2015 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 1-də Avropa Parlamentinin 220 deputatı İranda insan haqlarının kobud şəkildə pozulması və Tehranın bölgəyə müdaxiləsi barədə birgə bəyanat yayıb.
Bəyanatda deyilir ki, İran hökuməti dərhal edamları dayandırmalı, siyasi məhbusları azadlığa buraxmalı və öz vətəndaşlarının hüquq və azadlıqlareına hörmətlə yanaşmalıdır: “Təəssüflər olsun ki, İran əhalisinin sayına nisbətən dünyada ən çox edamları həyata keçirən ölkədir. Biz İranda insan hüquqlarının faciəli və dəhşətli durumundan ciddi narahat olduğumuzu bildiririk”.
Bəyanatda həmçinin İrana bağlı şiə yaraqlılarının İraqda törətdiyi hərbi cinayətlərinə toxunularaq Tehranın Orta Şərqdə yürütdüyü siyasəti pislənilir: “İran, Orta Şərq böhranının həll yolunun bir hissəsi yox, həmin böhranın tərkib hissəsidir. İran Orta Şərq siyasətinə yenidən baxmalı, BMT Təhlükəsizlik Şurasının nüvə fəaliyyəti ilə bağlı qəbul etdiyi bütün qətnamələrini yerinə yetirməli, Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinin ölkənin bütün hərbi mərkəzlərinə baxış keçirməsinə razılıq verməlidir”.

Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |