Şrift:
Qərbi Azərbaycanda terrorist qrupun üzvləri yaxalanıb
03.06.2015 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycana terror aktı törətmək məqsədi ilə daxil olan terrorçular yaxalanıb. Bu barədə “Nasr news” saytı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur:

“Yaxalanan şəxslərin etirafına görə məlum olub ki, onlar Mahabadda hotel Tarada baş verən hadisələrdən sonra ölkəyə daxil olub və böhranı genişləndirmək üçün terror aktı törədib və onu hökumətə bağlamaq istəyiblər. Terrorçular bununla ictimaiyyəti sistemə qarşı təhrik etmək istəyiblər. Lakin ALLAHın yardımı ilə heç bir terror aktı törədə bilmədən ETTELAAT məmurları tərəfindən yaxalanıblar.”

Yaxalanan 4 nəfərlik qrupdan bir sıra silah-sursat kəşf və zəbt olunub.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed