Şrift:
Güney Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turu başa çatıb
03.06.2015 [12:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Azərbaycanı otuzuncu Beynəlxalq Velosiped Turu başa çatıb. Fars xəbər agentiliyinin məlumatına görə, Beynəlxalq Velosiped Turu Təbriz Neft-Kimyakomandasının çempionluğu ilə bu gün başa çatıb.Pişqaman Yazd və Təbriz Bələdiyyə komandaları ikinci və üçüncü yerləri qazanıblar. Təbriz Neft-Kimya komandası toplam 71 saat 41 dəqiqə və 9 saniyə göstərici ilə velosiped turunun qalibi olub. Fərdi nəticələrdə Təbriz Neft-Kimya komandasının üzvü Səməd Pur Seydi birinci yerə çıxıb. Pişqaman Yazd komandasının üzvləri Rəhim İmami və Ramin Mehrəbani ikinci və üçüncü yerləri qazanıblar. Altı mərhələdə keçirilən 970 km-lik yarışda 13 xarici və İranın beş komandası iştirak edib. İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turuna Avstraliya, Gürcüstan, Monqolustan, Malayziya, Türkiyə, Laos, Suriya, Ermənistan, Qazaxıstan,Çin və Çex respublikasından komandalar və İranın Təbriz Neft-Kimya,Təbriz Bələdiyyə, Sepahan, Pişqaman Kavir Yazdkomandaları iştrak ediblər.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed