03.06.2015 [12:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran xəbər agentlikləri Urmiyədə ikinci əl geyimlərin satıldığı məşhur Tanakora bazarından yüzlərlə satıcının Qərbi Azərbaycan Valiliyi önündə böyük mitinq təşkil etdiyini bildirib. Tanakoralı satıcılar bazarın məhkəmə hökmü ilə qapadılması ehtimalından narahatdır.
Fars xəbər agentliyi aksiyaya qatılanların sayının təqribən 500 nəfər olduğunu bildirib. Satıcılar mayın 31-dən öncə Qərbi Azərbaycanın valilik binası qarşısında toplanıb sonra yaxınlıqdakı Urmiyə Bələdiyyəsi binasının önünə keçiblər.
Yayılan məlumata görə, Urmiyə Bələdiyyə başqanı Məhəmməd Həzrətpur bazarın bağlanmaması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib.
Yerli qəzetlərin yaydığı məlumata görə, satıcıların üzləşdiyi problem bazarın yerləşdiyi ərazinin mülkiyyət haqqı ilə bağlıdır. Məhkəmənin məsələ ilə bağlı ilkin qərarından sonra bazarın elektrik və suyunun kəsildiyi bildirilir.
Bələdiyyə başqanı Həzrətpur məişətini bu bazardan təmin edən ailələrin probleminin həllinə çalışacağını deyib.
“Buradakı məsələ əhalinin hüquqdur. Çünki bu bazardan 3 min nəfər üzvü olan ailə həlal məişətini təmin edir. Bələdiyyə başqanı olaraq bütün cəhdim bu insanların işsiz olmasının qarşısını almaq istiqamətində olacaqdır,”-deyə Həzrətpurun sözləri Durna News internet qəzetində dərc edilib.
Tanakora bazarının şöhrəti İranın digər vilayətlərində də yayılıb və Urmiyəyə səfər edən turistlərin də diqqət mərkəzində olur. Bazarda satılan ikinci əl geyimlərin müştəriləri sadəcə yoxsul ailələr deyil. Buraya Avropa, Türkiyə, Hindistan və Pakistan kimi ölkələrdən ikinci əl olsa da, amma unikal geyimlər, çantalar və ayaqqabılar almaq istəyən zəngin insanlar da gəlir.
25 il öncə Urmiyə şəhərinin yaxınlığında fəaliyyətə başlayan bazar adını həmin illərdə əhali arasında popyular olan Oşin adlı bir yapon teleserialın əsas xarakteri Oşin Tanakoranın soyadından alıb.

Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |