04.06.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan bir nəfər dar ağacından asılıb. Hadisə iki gün əvvəl Təbrizdə baş versə də, bu barədə xəbər yenicə yayılıb.
İyunun 1-də Təbriz zindanında edam edilən Sərdəşt şəhərinin sakini, 32 yaşlı Məhəmməd Abbas Nəjad, ölüm hökmünün icrasına qədər günahsız olduğuna israr edib ona qarşı irəli sürülən ittihamları rədd etsə də, buna məhəl qoyulmadan hökm icra edilib.
Məhbusun yoldaşı isə hökmün icrasından bir neçə gün əvvəl onunla görüşmək üçün dəfələrlə həbsxanaya müraciət etsə də buna şərait yaradılmayıb. Məhbusun həm də 6 yaşlı övladı ilə son görüşünə icazə verilməsi barədəki xahişi də rədd edilib.
Qeyd edək ki, son aylarda İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |