Şrift:
İsa Kəlantəri: Urmu gölü quruyarsa Azərbaycanda həyat məhv olacaq
04.06.2015 [14:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünü canlandırma mərkəzinin rəisi bildirib ki, Urmu gölünün qurumasının ictimai və səhiyyə nəticələri ölkəyə tətbiq edilmiş istənilən müharibədən ağır olacaq. İsa Kəlantəri “Mehr” xəbər agentliyi ilə danışıqda deyib: “Urmu gölü böhranı hər gün dərinləşir və bu prosesin davam etməsi gölün ətrafında yaşayan milyonlarla insanın həyatını təhlükə altına alır. Göl canlandırılmasa onda 5 milyon insanın yaşayış yeri dəyişməlidir. Bu isə 400 milyard dollar büdcə deməkdir.” İsa Kəlantəri əlavə edib ki, “hazırda Urmu gölünün qurumasının ətraf mühitə olan təsiri ən çox Qərbi və Şərqi Azərbaycanda hiss olunur. Bu səbəbdən hər iki vilayətin məsulları və əhalisi gölün canlandırılması üçün daha çox fəal olmalıdır. Ona görə ki, Urmu gölü quruyarsa Azərbaycanda həyat məhv olacaq.”
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed