04.06.2015 [20:03] - Xəbərlər, Siyasət
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.
MM-dən verilən məlumata görə, O. Əsədov deyib ki, dövlətlərarası münasibətlərin inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri önəmli rol oynayır. Azərbaycan parlamentində Avstraliya ilə əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini vurğulayan sədr belə bir qrupun Avstraliya parlamentində də yaradılacağına ümidvar olduğunu söyləyib.
Azərbaycanın sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdıran O. Əsədov ölkə ictimaiyyətini narahat edən Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, dünyadakı erməni diasporunun problemin həllinə əngəl törətdiyini və Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışdığını bildirib. O. Əsədov qeyd edib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır.
Avstraliya parlamentinin üzvü Lük Simkins Azərbaycan parlamentində deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirərək, ölkənin qanunvericilik orqanına gələcək fəaliyyətində uğurlar arzuladı. O bildirib ki, Avstraliya Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir.
Görüşdə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, Avstraliyada Azərbaycan diasporunun təşkilatlanması, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |