Şrift:
Region gənclərinə təlim və seminarlar keçirildi
04.06.2015 [21:34] - Gündəm, Gənclik
“ Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” lahiyəsi uğurla başa çatıb


Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Yevlax və Mingəçevir şəhərlərində “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ” mövzusu üzrə “ Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” lahiyəsi həyata keçirilib. Birlikdən verilən məlumata görə layihə çərçivəsində koordinator Günel Balakişiyeva və təlimçi Nailə İsmayılova tərəfindən təlim və seminarlar təşkil olunub. Təlimlərin əsas mövzusu müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq olub. Təlimlərdə gənclərlə yanaşı bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak edib və onlar layihənin icrasının gələcəkdə davamlı olduğu təqdirdə lazımi köməkliklərin göstəriləcəyini təklif ediblər.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed