05.06.2015 [00:05] - Gündəm, Mədəniyyət
Tədbirdə II Xüsusi şöbə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə (MM) Qoşunları, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri iştirak ediblər.
II Xüsusi şöbənin rəisi Eldar Quliyev tədbiri giriş sözü ilə açaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin ölkə üçün vacib olan məsələlərlə mütəmadi məlumatlandırıldığını və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.
Sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin önəmliyini vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin MM Qoşunlarının MM idarəsinin rəisi, polkovnik Qüdrət Ağayev iştirakçılara nazirlik tərəfindən vətəndaşların həyat və iş fəaliyyətlərinin təhlükəsizliyi naminə görülən əməli və profilaktik tədbirlər barədə məlumat verib. Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışan polkovnik Qüdrət Ağayev bildirib ki, belə tədbirlər mülki müdafiənin vacibliyi və həyati əhəmiyyəti barədə işçilərin maarifləndirilməsinə xidmət edir. Son illər ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir və Mülki Müdafiə Qüvvələrinin fəaliyyəti beynəlxalq standartların tələblərinə cavab verir. AMEA ilə sıx əməkdaşlıq əlaqələrindən söz açan Q.Ağayev mülki müdafiə sahəsində AMEA-da həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Dövlət Tibb Universitetinin professoru Cabbar Hacıyevin “Özünə yardım və qarşılıqlı yardım qaydalarının əyani şəkildə öyrənilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə fövqəladə hadisələr və bu hadisələrdən mühafizə üsulları barədə məlumat verilib. Həmçinin qanaxmalar, sınıqlar və bədbəxt hadisələr zamanı özünə və qarşılıqlı yardım göstərmək üsulları əyani şəkildə göstərilib.
Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.
Sonda Fövqəladə Hallar Nazirliyinin MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülov çıxış edərək nazirliyin fəaliyyət istiqamətləri və onun struktur qurumları barədə ətraflı məlumat verib.
Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |