Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev GAMAC sədrini təbrik etdi
16.01.2012 [15:16] - Fərəc Quliyev
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinın (GAMAC) II qurultayının
keçirilməsi münasibəti ilə GAMAC-nə təbrik məktubu



Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) adından Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sədrini, idarə heyətinin üzvlərini və təşkilat mənsublarını TƏBRİK EDİRƏM.


Hörmətli Professor Qulamrza Səbri Təbrizi!
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayının müvəffəqiyyətlə keçirilməsi və Sizin yenidən bu təşkilata rəhbər seçilməyiniz münasibəti ilə Sizi və sizin simanızda GAMAC İdarə heyətinin üzvlərini və bütün GAMAC mənsublarını təbrik edir, Azərbaycanın Güneyinin müstəqilliyi, vətənimizin bütövlüyü kimi müqəddəs ideyalar uğrunda fəaliyyət göstərən təşkilat olaraq verəcəyiniz mücadilədə yüksək başarılar diləyirik.


Sayğılarla: Milli Dirçəliş Hərəkatı Partiyasınin sədri
Millət vəkili Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed