05.06.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 3-də İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin ölümünün 26-cı ildönümü münasibəti ilə keçirilən mərasimdə ölkə prezidenti Həsən Ruhaninin çıxışı zamanı çaxnaşma yaranıb.
Xomeyninin “Behişti Zəhra” qəbiristanlığındakı təmtəraqlı məqbərəsində keçirilən mərasimdə İran prezidenti çıxışa başlayandan az sonra hökumətin Qərblə nüvə danışıqlarına müxalif olan bir qrup şəxs ayağa qalxaraq şüarlar səsləndirib. İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatına üzv bir sıra mərasim iştirakçısı, “Amerikaya ölüm”, “Münafiqə ölüm” və “Damarımızda gəzən qan rəhbərimizə hədiyyədir” şüarları səsləndirərək Ruhaninin çıxışına mane olub.
Mərasimdə yaşanan gərginliyə görə Ruhani çıxışını dayandırmaq məcburiyyətində qalıb və bir neçə dəqiqədən sonra şüarçılara “Təşəkkür edirəm, buyurun!” deyərək hamını birliyə çağırıb: “Əgər bu gün biz ümid və mötədillikdən danışırıqsa, bunu imamdan (Xomeyni) öyrənmişik”.
Ruhani az fasilədən sonra gərgin bir şəraitdə çıxışını davam etdirərək başa çatdırıb.

Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |