Şrift:
Təbrizdə 5 nəfər edam edildi
05.06.2015 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhərində narkotik maddələrinin qaçaqmalçılığında günahlandırılan 5 məhkum dar ağacından asılıb.
Məhkumların edam hökmü mayın 31-də (xordadın 10-da) icra olunsa da, bu barədə xəbər yenicə yayılıb.

Edam edilən şəxslərdən yalnız birinin kimliyi müəyyənləşib. 32 yaşlı Məhəmməd Abbasnejadddan başqa digər məhkumların kimliyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, İran İslam Cümhuriyyəti Çinlə yanaşı edamların sayına görə dünyada birinci yerdədir. Edamlar həbsxanalarda, əhalinin gözü qarşısında və elan olunmamış şəklində həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed