06.06.2015 [09:11] - Gündəm, Türk dünyası-Turan, Müsahibə
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız hesab edir ki, nəinki Türkiyə, Gürcüstan və Azərbaycan, eləcə də bütün Avrasiyanın Transanadolu qaz kəməri layihəsinə (TANAP) ehtiyacı var.
O bildirib ki, TANAP özünün enerji potensialı ilə yanaşı, sabitliyə də xidmət edəcək: "TANAP layihəsinin Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əyani sübutu olduğunu hesab edirəm".
Nazir qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas hissəsi olan TANAP-ın inşası ilə Xəzər hövzəsindən Avropaya qaz tədarükü istiqamətində mühüm addım atılıb: "Azərbaycan və Türkiyə 2011-ci ilin dekabrında boru xəttinin inşası barədə saziş imzaladıqdan sonra tərəflər TANAP layihəsinin reallaşdırılmasında ciddi uğurlara imza atıblar. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi ilə bağlı hökumətlərarası müqavilə imzalandı və bununla da dövlətlər layihəyə dəstəyini nümayiş etdirdi. Daha sonra 2013-cü il dekabrın 17-də "Şahdəniz" layihəsi üzrə yekun investisiya qərarı imzalandı".
"Türx axını" ilə TANAP rəqibdir?
T.Yıldız “Türk axını” ilə TANAP layihəsinin rəqabəti məsələsinə də münasibət bildirib: “TANAP bir növ Türkiyənin məhsuludur. Siyasətimiz bu layihə üçün rəqib yaratmağa istiqamətlənməyib. Türkiyənin imkanları eyni vaxtda bir neçə layihə həyata keçirməyə imkan verir və onlar qətiyyən bir-birilərinə rəqib deyil”.
Nazir digər enerji layihələri arasında TANAP-ın xüsusi əhəmiyyətini qeyd edib: “TANAP heç bir layihəyə alternativ olmadığı kimi, bu və ya digər enerji layihələri də ona alternativ deyil”.

Bu xəbər oxucular tərəfindən 1155 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |