Şrift:
Mərkəzi Elmi Kitabxananın (MEK) ümumi iclası keçirilib.
06.06.2015 [00:25] - Gündəm, Bildiriş
Tədbiri kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq keçən ay ərzində kitabxanada görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Ötən həftə AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan yeni binaya kitabların köçürülmə prosesinin başa çatdığını xatırladan L.İmanova bildirib ki, hazırda MEK-in fondlarında ümüumilikdə 1mln. 700 mindən çox kitab toplanıb.

L.İmanova kitabxananın köçmə prosesində göstərdiyi xidmətlərə görə fərqlənən əməkdaşlarına xüsusi təşəkkürünü bildirib.

Kitabxananın oxucuların istifadəsinə verilməsinin 2015-ci ilin sentyabr ayına planlaşdırıldığını deyeən MEK rəhbəri avqust ayında kitabxananın xidmətə başlamasına qədər bu istiqamətdə bütün işlərinin tamamlanacağını və xidmət fəaliyyətinin qiymətləndirilməsi məqsədilə sınaq işlərinin həyta keçiriləcəyini bildirib. Əlavə edib ki, eyni zamanda fondların formalaşdırılması işi də təkmilləşdirilməli, elektron resursların sayı artırılmalıdır.

Gündəlikdəki növbəti məsələ struktur dəyişikliləri ilə bağlı olub. Bildirilib ki, artıq yeni struktur təsdiqlənib və yerləşdirilmələr başa çatıb. Əməkdaşların şöbə və bölmə rəhbəri vəziəsinə təyini onların inzibati idarəetmə bacarıqları, eləcə də kitabxana işi bilikləri nəzərə alınaraq həyata keçirilib. L.İmanova onu da qeyd edib ki, işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması bundan sonra da davam etdiriləcək.

Daha sonra tədbirdə icra edilmiş tapşırıqlar və həyata keçirilmiş təşəbbüslərə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.


Ruslan Kərimov

AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed