Şrift:
BMT: Minsk razılaşmalarının imzalanmasından sonra Ukraynada 400 nəfər ölüb
06.06.2015 [10:24] - Gündəm, Hərb
Münaqişə başlanandan bu günədək Ukraynada hərbi əməliyyatlar nəticəsində 6 400 nəfər ölüb.

TASS agentliyinin verdiyi məlumata görə, bunu BMT baş katibinin müavini Ceffri Feltman Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“İyunun 3-də Maryinkada baş verən toqquşmada isə 9-u dinc sakin olmaqla, 28 nəfər ölüb. Son hesablamalara əsasən, Minsk razılaşmalarının imzalanmasından sonra Ukraynanın şərqində 400 nəfər həyatını itirib”, deyə C.Feltman bildirib.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed