07.06.2015 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Məsud Cəzayiri iyunun 5-də jurnalistlərə açıqlamasında ölkənin hərbi mərkəzlərinə hər hansı bir formada baxış keçirilməsinə müxalif olduqlarından danışıb.
Cəzayirinin açıqlaması, Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin üzvü Abbas Əraqçinin məsələ ilə bağlı açıqlamasından bir gün sonraya təsadüf edib. İyunun 4-də jurnalistlərə açıqlama verən Abbas Əraqçi deyib ki, İran nüvə silahlarının yayılmamasına dair müqavilənin NPT protokolunu qəbul edərsə, 5+1 qrupu ilə yekun nüvə razılaşmasının bir hissəsi ölkənin hərbi təsisatlarına məhdud şəkildə baxış keçirilməsindən ibarət olacaq.
Məsud Cəzayiri deyib ki, ölkənin hər hansı bir hərbi təsisatına baxış keçirilməsinə hətta məhdud və kontrol olunmuş şəkildə də icazə verilməyəcək: “Biz hərbi mərkəzlərimizə baxış keçirilməsinə icazə verməyəcəyik. İstər bu baxışlar məhdud şəkildə olsun, istərsə də qeyri azad və ya başqa bir formada. Bizdə olan məlumatlara əsasən, eləcə də ölkə vətəndaşları arasında keçirilən bir sıra sorğuların nəticələrinə görə, ölkə əhalisinin tam əksəriyyəti hərbi mərkəzlərimizə baxış keçiriləsinə müxalifdir. Elə buna görə də hesab edirik ki, heç kəsin bunun ziddinə davranmağa haqqı yoxdur. Bu yolverilməzdir”.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |