Şrift:
“Korrupsiyaya qarşı mübarizə hələ lazımi səviyyədə həyata keçirilmir”
01.10.2011 [13:26] - Xəbərlər
“Korrupsiyaya qarşı mübarizə Baş Prokurorluğun əsas vəzifələrindən biridir. Hesab edirik ki, bu mübarizə hələ lazımi səviyyədə həyata keçirilmir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin göstərişi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli işlər görülür: “Bu idarənin nəzdində mütəxəssislər qrupu yaradılıb, həmçinin əməliyyat axtarış fəaliyyəti bu idarəyə verilib, ştat tərkibi və əməkdaşlarının əmək haqqı artırılıb. Qısa müddət ərzində ciddi tədbirlər həyata keçiriləndən sonra korrupsiyaya qarşı mübarizə tədbirləri daha ciddi şəkil alacaq”.

Baş prokuror qeyd edib ki, bu ilin 9 ayı ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya halları ilə bağlı 101 cinayət işi məhkəmələrə göndərilib, 166 müxtəlif vəzifə tutan şəxslər cinayət məsuliyyətinə cəlb olunub: “Hal-hazırda idarədə 88 cinayət işinin istintaqı davam etdirilir”.

Z.Qaralov bank işçiləri barəsində açılan cinayət işlərinin sayının artmasına da münasibət bildirib: “Hazırda bəzi bank işçilərinin qanun pozuntuları ilə bağlı istintaq tədbirləri həyata keçirilir”.
Bu xəbər oxucular tərəfindən 1230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed