17.01.2012 [11:14] - Gündəm
“Seçkilərin nəticələrinə təsir göstərə biləcək qanun pozuntuları nəzərə alınmayıb”
Qazaxıstan Parlamentinin Məclisinə 15 yanvar 2012-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə Türkdilli Ölkələrin Parlament Assambleyasından olan beynəlxalq müşahidəçilər missiyası öz rəyini aşıqlayıb. Rəydə bildirilir ki, parlament seçkiləri ərəfəsində ölkədə söz və mətbuat azadlığının müdafiəsi yönündə irəliləyişlər müşahidə olunmuş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Səsvermə zamanı seçki qərargahlarının üzvləri, namizədlər, onların vəkilləri və könüllülərinə təzyiq halları qeydə alınmayıb. Seçkiqabağı təşviqat kampaniyasında seçkilərin nəticələrinə təsir göstərə biləcək qanun pozuntuları nəzərə alınmayıb. Seçki prosesinin təkmilləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində prinsipial dəyişikliklər müşahidə olunub. Qazaxıstan Respublikasında seçkilərin beynəlxalq müşahidəsinin həyata keçirilməsi üçün zəruri hüquqi və təşkilati-texniki şərait yaradılıb. Seçki məntəqələrində beynəlxalq təşkilatların, müxtəlif siyasi partiyaların, ictimai təşkilatların, həmçinin müstəqil müşahidəçilərin iştirakı seşki prosesinin şəffav şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlarda hesab etmək olar. TÜRKPA beynəlxalq müşahidəçilər missiyası üzvlərinin baş çəkdikləri Almatı şəhərinin Almalinski və Bostondikski rayonlarıdakı seçki məntəqələrinin heç birində inzibati və ya hüquq-mühafizə orqanlarının seçki komissiyalarının işinə müdaxilə etməsi faktları aşkar olunmayıb: “Təhsil mərkəzlərinin tətildə olması ilə bağlı olaraq, muşahidə missiyası bir neçə məntəqələrdə seçici tələbələrin az olduğunu müşahidə edib. Müşahidə aparılan bir neçə məntəqədə səsvermə prossesində komfortsuzluq yaradan növbələrin olduğu qeydə alınmışdır. Ancaq bu səbəbdən heç bir məntəqədə səsvermədən imtina faktı qeydə alınmayıb. TÜRKPA beynəlxaq müşahidəçilər missiyası qeyd olunan nöqsanların kütləvi xarakter daşımadığını və onların Qazaxıstan Respublikasının Parlamentinin Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticələrinin düzgünlüyünə şübhə yaratmadığını bildirir”.

Bu xəbər oxucular tərəfindən 925 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |