Şrift:
Traxtur Klubu qalmaqallı müsabiqə ilə bağlı öz tələblərindən əl çəkmir
07.06.2015 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 15-də (ordibeheştin 25-də) Təbrizdə bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən müsabiqədə baş verən hadisələr –hansıki bu ssenari “Traxtur”u çempionluqdan məhrum etdi- gündəmdən düşmür. Məlumata görə, “Traxtur” klubu səlahiyyətli yüksək rütbəli şəxslərdən “Traxtur”un pozulan haqlarını, qanunu pozanların cəzalandırılması və hakimin (davər) hakimlikdən məhrum edilməsini tələb edib.
Məlumata görə, “Traxtur” klub qalmaqallı müsabiqədən 2 gün sonra ölkənin liqa təşkilatı və Şərqi Azərbaycan və ölkənin bir neçə aidiyyatı orqanına müraciət edərək məsələnin araşdırılması və irəli sürülən tələblərin təmin edilməsini istəyib. Lakin konkret nəticə alınmadığına görə, klub daha yüksək rəsmi dairələrə müraciət etməli olub. “Traxtur” klubu İdman (vərziş) və gənclər nazirliyi, Futbol Federsayonu və s. kimi yüksək orqanlara müraciət edərək konkret tələblər irəli sürüb və tələblərin yerinə yetirilməsini istəyib.

Tələblər hakim Əlirza Fəğaninin hakimlikdən məhrum edilməsi, yalan xəbərin yayılmasına səbəb olan şəxslərin tapılıb və cəzalandırılması, stadionda mobil telefonu və internetin kəsilməsi məsələnin araşdırlması və ən əsası milyonlarla “Traxtur” tərəfdarına cavab verilməsindən ibarətdir. Məlumatda deyilir ki, verilən cavab dərhal klubun rəsmi saytı tərəfindən ictimaiyyətə elan olunacaq.

Bildirək ki, İran üzrə futbol klublarının super liqa rəqabətlərinin sonuncu həftəsi müsabiqəsində Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” komandası qarşılaşdı. Mayın 15-də (ordibeheştin 25-də) baş tutan müsabiqədə “Traxtur” super liqanın çempionu olmasın deyə Futbol Federasyonu tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçulara yalan məlumat ötürüldü. Məlumatda bildirilib ki, guya “Sepahan”la “Saypa” oyunu 2:2-dir və nəticə etirabı ilə “Traxtur” çempiondur. Müsabiqənin son dəqiqələrində yayılan yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücumu dayandırıb və müdafiəyə keçdilər. Bu arada stadionda internet və mobil telefonları da kəsilib. O üzdən kimsə “Sepahan-Saypa” müsabiqəsi barədə doğru məlumat ala bilməyib. Müsabiqə bitdikdən sonra elan olunub ki, İsfahanda keçirilən “Sepahan-Saypa” müsabiqəsi deyilən kimi 2:2 deyil, 2:0 hesabı ilə “Sepahan”ın xeyirinə yekunlaşıb və nəticə etibarı ilə “Sepahan” super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra “Traxtur” tərəfdarları düzənlənən ssenarini anlayıb və baş verən hadisələrə qəzəbləniblər. Bundan sonra isə xəbər verdiyimiz kimi, həm stadion daxili və həm də Təbrizin bir çox məhəlləsində geniş etiraz yığıncaqları olub. Etiraz aksiyalarında çoxsaylı soydaşımız döyülüb və yaralanıb. Onlardan bir neçəsi isə yaxalanıb. Bütün bunlar bir çox yerli azərbaycanlı məsulun da kəskin etirazına səbəb olub. “Traxtur-Neft” müsabiqəsində etiraza səbəb olan məsələlərdən biri də hakim Əlirza Fəğaninin “Traxtur”a qarşı verdiyi qərəzli qərarlardır. Futbol tamaşaçıları və hətta bir çox ekspertin fikrinə görə, Fəğani “Traxtur” oyunçusu Teymuriyanı heç bir əsas olmadan qırmızı kartla oyundan uzaqlaşdırdı və “Traxtur”un xeyirinə olan bir penaltini tutmadı.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed