07.06.2015 [11:38] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
İyunun 5-də Badamdardakı Kemprinski Hotelində 4 il bundan əvvəl yaradılmış Avropa Azərbaycan Məktəbinin ilk məzun günü keçirilmişdir.
Məzun günündə AAM (EAS) müasir modelli təhsil ocağının tarixindən, qısa müddət ərzində burada qazanılan təhsil uğurlarından söz açılmışdır.
Dünyanın bir sıra ölkələrində təhsil sahəsində rəhbər vəzifələrdə işləmiş, son bir ildə Avropa Azərbaycan Məktəbinə başçılıq edən GRAEME POLLOCK məzunları, onların valideynlərini və müəllimlərini, Himayədarlar Şurasının üzvlərini salamladıqdan sonra Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev Himayədarlar Şurasının hesabatı ilə çıxış etmişdir.
Hesabatdan məlum oldu ki, məktəbin məzunları təhsil uğurları ilə ölkəmizdə yaxşı tanınırlar. Artıq iki ildir ki, məktəbin şagirdləri Respublika fənn olimpiadalarında əla nəticələr göstərirlər. Keçən il - X sinifdə oxuyarkən Günay Anar qızı Məmmədova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika qalibi olmuşdur. Onun sinif yoldaşı Fərid Cavanşir oğlu Muradov isə keçən il tarix fənni üzrə respublika fənn olimpiadasında 4-cü yerə çıxmışdı.
Keçənilki olimpiada qaliblərinin builki göstəriciləri də uğurludur; Gunay Məmmədova yenə də olimpiada qalibi olmuş, bu dəfə tarix fənni üzrə birinci yerə çıxaraq, qızil medala layiq görülmüşdür. Onun sinif yoldaşı, keçənilki olimpiadanın dördüncüsü Fərid Muradov da bu il tarix fənni üzrə birincilik qazanmış, qızıl medala sahib olmuşdur. Günayın və Fəridin sinif yoldaşı Əsmər Maşallah qızı Ouliyeva Respublika Olimpiadasının Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən bilik yarışında üçüncü yerə çıxaraq bürünc medala layiq görülmüşdür.
Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadalarda da fəal iştirak edirlər.Məktəbin 8 şagirdi keçən ilin noyabrında Türkiyənin Antalya şəhərində fənlər üzrə keçirilən olimpiadadan Bakıya medallarla qayıtmışlar.Onlardan Günay Məmmədova ingilis dili üzrə, onun sinif yoldaşı Murad Zeynallı isə cöğrafiya fənni üzrə qızıl medala layiq görülmüşdür.Digər iştirakçılar da Bakıya medal və Fəxri Fərmanlarla qayıtmışlar.
T.Bağıyev Avropa Azərbaycan Məktəbində dərs deyən milli müəllimlərin də, xarixi ölkələrdən dəvət olunmuş ingilisdilli müəllimlərin də pedaqoji və elmi-metodik fəaliyyətini yüksək qiymətləndirmiş, təhsil ocağının beynəlxalq məktəblər arasında tanınması yolunda müəllimlərin gündəlik çalışmalarından, elmi araşdırmalarından razılıqla söz açmışdır.
Məzun günündə 7-8-ci siniflər üzrə fənn olimpiadalarında qalib gələnlərə sertifikatlar verilmişdir. Sertifikatları HP/PR Direktoru Amalya Sezgin və Himayədarlar Şurasının üzvü İan Peart təqdim etmişlər.
Doqquuncu sinif şagirdlərinin fənlər üzrə mükafatlarını Orta məktəbin direktoru James Anderson və Himayədarlar Şurasının üzvü Rəqsanə Məmmədova təqdim etmişlər.
X sinif şagirdlərinin ayrı-ayrı fənlər üzrə mükafatlarını İbtidai məktəbin direktoru Beverly Gerbase və Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov təqdim etmişlər.
Maraqlıdır ki, bu təqdimat zamanı bir şagirdə üç sertifikat təqdim olunmuşdur. Rəsulun təqdimatları gurultulu alqışlarla qarşılanmışdır.
Sertifikatların təqdimatından sonra AAM (EAS) direktoru GRAEME POLLOCK geniş hesabatla çıxış etmişdir. Mister Graeme Pollock çıxışının sonunda xüsusu nominasiyalar üzrə mükafatları - Olimpiada/BMT Modulu- qaliblərə təqdim etmişdir.
XI sinif şagirdlərinə fənlər üzrə mükafatları James Anderson və Graeme Pollock təqdim etmişlər.
Valideynlər adından çıxış edən Nəriman Zeynallı məktəbin təsisçilərinə bə pedaqoji kollektivinə səmərəli fəaliyyətlərinə görə təşəkkür etmişdir.
XI sinif şagirdi Fərid Muradov ona dərs deyən müəllimlərə ürək sözlərini "Müəllim" şeiri ilə ifadə etmişdir.
Tədbirdə 9-cu sinif məzunlarından Aysel və Lalənin Azərbaycan və ingilis dilidə oxuduqları mahnılar alqışlrla qarşılandı.
Məzunlar gününün sonunda məzunlara və məktəbin təşkilatçı rəhbərləriə qiymətli hədiyyələr verildi.
Rəmzi son zəng çalındı, 11-ci sinif şagirdləri və Şura üzvləri alqış sədaları altında Kemprinski Hotelinin akt zalını tərk etdilər.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Təhsil Nazirliyinin Elmi - Metodiki Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti.
06.06.2015.

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |