08.06.2015 [09:53] - Gündəm, İdman
Bu yol bizim yoldur. Aydın, açıq, dünyanı sülhə aparan yol. Bu yolun başlanğıcında da, sonunda da Siz oldunuz – Azərbaycan Prezidenti. Avropa Oyunlarının məşəlinin yandırılması mərasimində də, məşəlin Bakıda qəbul edilməsində də Siz xalqla bir yerdə oldunuz. Qürurlu, səmimi, tam bir sadə Azərbaycan VƏTƏNDAŞI. Bu uğurlu yolumuzda məşəlimizi yandırdınız. Bu, Azərbaycan xalqının evinə işıq saçacaq bir məşəldir, bu içimizdə olan Vətən sevgisinin məşəlidir. Odlu, alovlu AZƏRBAYCAN-ın məşəlidir. Bu yol 10 ildən bəri gəldiyimiz, birgə addımladığımız, düşmənlərimizə qarşı birgə mübarizə apardığımız yoldur.
Bəli, ilk Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Azərbaycan dövləti, xalqı, ictimaiyyəti bütünlüklə artıq bu bayram əhvalını yaşamaqdadır. Bütün çətinliklərə birlikdə sinə gələrək, istər təşkilati baxımdan, istər insanların Avropa Oyunlarına hazırlanmasına qədər bütün işlərin öhdəsindən layiqincə gələ bildik. Afərin Azərbaycan dövlətinə, onun Prezidentinə, ətrafında birləşən komandasına və hakimiyyətə bu işdə dəstək olan, birlik nümayiş etdirən Xalqımıza. Biz məsuliyyətli işin ağırlığına çiyin verdik, mübarizə apardıq. Maraqlı tərəflər, Azərbaycanın uğurunu həzm edə bilməyən qüvvələr bizi ləkələmək istədi, alınmadı, təxribatlara əl atmağa cəhd etdilər, anındaca qarşılarında qüdrətli Azərbaycanı gördülər. Bilirsiniz niyə? Çünki hakimiyyətlə xalq arasında çox səmimi münasibət mövcuddur, hakimiyyət xalqının, xalq isə hakimiyyətin səmimiyyətinə inanır. Belə olmasaydı, əsla Avropa Oyunlarına qısa bir müddətdə hazırlaşmaq, özü də yeni standartları tətbiq etməklə, bəzi xarici qüvvələrin antiazərbaycan fəaliyyətinə sinə gəlməklə mümkün olmazdı.
İlk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi ilə bağlı qərar veriləndə, ən çox müzakirə olunan məsələ ölkəmizin bu Oyunlardan nələri qazanacağı oldu. Kimsə tikilən obyektləri göstərdi, kimsə iqtisadi dividentləri qeyd etdi, kimsə də Azərbaycanın dünyada daha çox tanınacağını vurğuladı. Bəli, bunların hamısı doğru və əsaslı yanaşmalardır. Ancaq bu Oyunlardan ən böyük qazancımız Azərbaycan İNSANı oldu. Ən böyük qazancımız dəyərlərimiz, şüurumuz, həyata baxışımız oldu. İntellektimiz varlandı, yeniliyi Avropada yox, Azərbaycanda görən xalqımızın şüur qatı zənginləşdi. Budur bizim maddiyyatla ölçülməyən qazancımız. Biz artıq Avropa dəyərlərini idxal yox, öz dəyərlərimizi Avropaya ixrac edirik.
Bu gün dünyanın bütün nəzərləri Azərbaycandadır. Allah bizi bəd nəzərlərdən qorusun. Avropa Oyunlarına necə hazırlaşdıqsa, elə də uğurla başa vuraq. Azərbaycan dünyamızın sülh simvoluna çevrilsin. Qoy elə üçüncü Avropa Oyunları da Azərbaycanda keçirilsin. Bu dəfə Bakı, Mingəçevirdə yox, Şuşada, Xankəndində, Vətənimizin dilbər guşəsi Qarabağ torpaqlarında. Məşəlimiz, çırağımız Qarabağda yandırılsın.

Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |