Şrift:
İƏT-nın keçmiş başçısı Turkiyə parlamentinə deputat seçilib
08.06.2015 [09:55] - Gündəm, Türk dünyası-Turan
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş başçısı Ekmeleddin İhsanoğlu Turkiyə parlamentinə deputat seçilib.

İhsanoğlu Milliyətçi Hərəkat Partiyasının (MHP) namizədidir.

İlkin məlumata əsasən Türkiyənin Ədalət və İnkişaf Partiyası 40,95% səs yığıb.

Səsvermədə Respublika Xalq Partiyası (CHP) 25.1% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb.

Qalan siyasi partiyalar ümumilikdə 4.5% səs yığıb.

Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edəcək.

Seçkilərdə əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi hesab edilir.

2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed