08.06.2015 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Qulam Qulizadə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O iyunun 7-də (xordadın 17-də) Urmiyədə öz şəxsi evində yaxalanıb.
Azərbaycanlı fəalın təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı zaman qarşıdurma yarandığı bildirilir. Q.Qulizadənin yaxalanarkən məmurlar tərəfindən döyüldüyü iddia olunur.
Hələlik fəalın hansı səbəbdən tutulması ilə bağlı heç bir məlumat yoxdur.
Adını çəkdiyimiz fəal bundan öncə 2013-cü il iyunun 28-də (1392-ci il tirin 7-də) daha 35 fəalla birlikdə tutulmuşdur. Onlar İşgəncələrə qarşı beynəlxalq mübarizə gününü qeyd etmək məqsədi ilə Səhənd dağına gedərkən yaxalanmışdılar.

Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |