08.06.2015 [12:12] - Gündəm, İqtisadiyyat
Ötən həftə - iyunun 1-5-də Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 64,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,22 dollar/barel çoxdur.
Ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 65,9, minimum isə 62,45 dollar/barel təşkil edib.
İyunun 1-5-də Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 61,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,75 dollar/barel çoxdur.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 63,06, minimum isə 59,51 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
İyunun 1-5-də "Brent Dated" növünün orta qiyməti 61,9 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 0,1 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 63,55 dollar, minimum isə 60,18 dollar/barel təşkil edib.

Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |