Şrift:
ABŞ senatoru 20 Yanvar faciəsi ilə bağlı açıqlama verib
17.01.2012 [11:37] - Diaspor
ABŞ-ın Merilend ştatının senatoru Brayan Froş 20 yanvar faciəsi ilə bağlı fikirlərini bildirib.

Senator Azərbaycan diasporunun 20 yanvar faciəsinin 22 illiyi münasibətilə başladığı kampaniya ilə əlaqədar cavab məktubu göndərib. “Sizin bəhs etdiyiniz hadisənin bir daha təkrarlanmaması üçün bəşər ailəsinin bütün üzvləri birləşməlidir. Mən sizin 20 yanvarla bağlı məktubunuzu heç vaxt unutmayacağam”, - deyə məktubda bildirilir.

Qeyd edək ki, kampaniya ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) tərəfindən keçirilir. Onlar ABŞ rəsmilərindən xahiş ediblər ki, 20 yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etsinlər və ötən il Texas ştatında olduğu kimi, qanunvericilik orqanında qeydə alınan bəyanatla çıxış etsinlər.
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed