08.06.2015 [12:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin qeyri-fars millətlərə qarşı olan təzyiqi səngimək bilmir. Məlumata görə, son bir ayda ərəblərin yaşadığı Əhvaz şəhərində 3 nəfər siyasi fəal saxlanılıb. Mayın 2-də və 3-də (ordibeheştin 12-də və 13-də) Əbdəli və Haşim Məzrəe adlı iki qardaş Əhvazda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. “Herana”nın yaydığı məlumatda bildirilir ki, həmçinin Əhvazda Əli Məzrəe də İrandan çıxmaq istəyərkən Urmiyədə yoxa çıxıb. Mayın13-də yoxa çıxan fəaldan bu günə qədər heç bir xəbər yoxdur. Saxlanılan 3 nəfərin ittihamları və harada saxlanıldıqları ilə bağlı hər hansı bir məlumat yoxdur və onların ailəsinin səlahiyyətli orqanlara müraciəti də heç bir nəticə verməyib.
Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |