17.01.2012 [11:44] - Sosial
Səlim Müslümov: “Staja görə pensiya kapitallarının təyin olunması prosesi artıq başa çatdırılmaqdadır”
Əgər 2011-ci ildə sistem üçün əsas vəzifə pensiya təminatının bütün pensiyaçılar üçün vahid sistemə gətirilməsi idisə, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaq. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlər sektorundan DAVAM.AZ-a verilən məlumata görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında DSMF sədri Səlim Müslümov söyləyib.
Səlim Müslümov bildirib ki, bu sahədə əsas problem 2006-cı ilə qədər qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsi ilə bağlı olub. Lakin son islahatlar bu hüquqların sadə hesablamalarla yeni şəraitə transformasiya olunmasına, yəni həmin dövr üçün pensiya kapitalının müəyyənləşdirilərək vətəndaşların fərdi hesablarına yazılmasına və həmin hesablardakı məbləğin onların bütün əmək fəaliyyəti dövrlərini əhatə etməsinə imkan verib: “Bu məqsədlə fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin 2006-2010-cu illərə görə ödənilmiş sosial sığorta haqlarının fərdi hesablara işlənməsinə paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər topladıqları staja görə pensiya kapitallarının təyin olunması prosesi də artıq başa çatdırılmaqdadır”.
Fond sədri qeyd edib ki, sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların təşkili məqsədi ilə Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə birgə tədbirlər 2011-ci ildə davam etdirilib. Həmin tədbirlər makroiqtisadi, demoqrafik və bilavasitə sistemin fəaliyyətini səciyyələndirən göstəricilərin əlaqəli şəkildə öyrənilməsi ilə yanaşı, sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqi ilə bağlı amilləri də əhatə edib. Bu sahədə Avropa standartlarına uyğun qanunvericiliyin hazırlanması məqsədi ilə Fond tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təqdim olunmuş “Pensiya sistemində yığım komponentinin tətbiq edilməsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna dəstək” adlı tvinninq layihəsi artıq Avropa Komissiyası tərəfindən təsdiqlənib: “Bu aktuar tədqiqatların ilkin nəticələri göstərir ki, Azərbaycanda pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qabaqlayıcı qərarlar nəticəsində pensiyaçıların ümumi sayı 2020-ci ilədək sabit qalacaqdır ki, bu da sistemin maliyyə dayanıqlığının və islahatların davam etdirilməsi üçün əlverişli şəraitin təmin olunmasının başlıca şərtlərindəndir. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız 2008-2010-cu illərin maliyyə böhranından sonra başlanılıb ki, bu da ciddi gərginliklərlə müşayiət olunur”.

Bu xəbər oxucular tərəfindən 1438 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |