Şrift:
Əhmədinejadın keçmiş müavini tutulub
09.06.2015 [12:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın icraiyyə işləri üzrə müavini Həmid Bəqayi tutulub. Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei iyunun 8-də jurnalistlərə açıqlamasında məlumat verib.
Möhsüni Ejei deyib ki, Həmid Bəqayi iyunun 8-də saxlanılıb: “Keçmiş prezidentin əvvəlki hökumətdə icraiyyə işləri üzrə müavini Həmid Bəqayi bu gün barəsində açılan işlə əlaqədar müstəntiq tərəfindən çağırılaraq həbs edilib. Onun həbsi də barəsində açılan elə həmin işlə bağlıdır.

Möhsüni Ejei, ölkənin keçmiş prezidentinin müavininin konkret nəyə görə həbs edildiyi və ona qarşı irəli sürülən ittihamlar barədə hər hansı bir məlumat verməyib.
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed