Şrift:
Məşhəd şəhərində zəhərlənən 23 Səudiyyə Ərəbistanlı zəvvardan 4-ü ölüb
09.06.2015 [12:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 7-də İranın Məşhəd şəhərinə ziyarətə gələn 23 Səudiyyə Ərəbistanlı zəvvar naməlum səbəblər üzündən ağır zəhərlənib.
Məşhədin “İmam Rza” xəstəxanasının rəisi Abdulla Bəhrami iyunun 7-də jurnalistlərə açıqlamasında deyib ki, zəhərlənən Səudiyyə Ərəbistanlı zəvvarlar xəstəxanaya çatdırılsa da onların 4-ünün həyatını xilas etmək mümkün olmayıb: “3 azyaşlı uşaq və 14 yaşında bir qız zəhərlənmə nəticəsində həlak olub. Bir ziyarət turu xətti ilə Səudiyyə Ərəbistandan Məşhədə gələn bu zəvvarlar sübh saatlarında baş gicəllənmə, qusma və ürək bulanmasına düçar olaraq onların qan təzyiqi kəskin düşüb. Zəvvarlar xəstəxanamıza çatdırılsalar da onlardan 4-ü həyatını itirib. Digər xəstələr isə hazırda xəstəxananın reanimasiya bölməsində ciddi həkim nəzarəti altında saxlanılırlar.

Hadisədən az sonra İranın “Mehrnews” agentliyi Səudiyyə Ərəbistanlı zəvvarların zəhərlənməsinin səbəbi haqda ictimaiyyət arasında müxtəlif şayiələr yayıldığı barədə məlumat dərc edib. Agentlik Məşhədin inqilan prokuroru Qulaməli Sadiqiyə istinadən bildirib ki, zəhərlənmənin qəsdən törədilib-tərədilmədiyi barədə hər hansı tutarlı bir sübut əldə edilməyib. Məlumatda hadisənin səbəbinin araşdırıldığı bildirilir.

Qeyd edək ki, son aylarda Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar, İranın isə müxalif “husi”lərə açıq-aşkar dəstək verməsi, iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirib.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed