09.06.2015 [13:32] - Xəbərlər, Bildiriş
Bu gün "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlıq çərçivəsində “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun müəyyənləşdirilməsi məqsədilə elan edilmiş beynəlxalq loqo müsabiqəsinin qalibinin adı açıqlanıb.
Ekspert komissiyası tərəfindən orijinallığı və loqo konsepti yüksək qiymətləndirilən, Gürcüstan QHT-nin rəhbəri Zurab Gventsadze tərəfindən təqdim olunan loqo qalib seçilib. Bəyənilən variantın “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu kimi müəyyən edilməsi qərara alınıb. Digər 2 loqo müəllifi (Azərbaycan və İspaniya təmsilçiləri) xüsusi diploma layiq görülüblər.
ADTGT-nin sədri Asif Əsgərli qeyd edib ki, müsabiqə elan olunandan sonrakı müddətdə Azərbaycandan və eləcə də 8 əcnəbi ölkədən (İspaniya, Latviya, Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Bosniya və Herseqovina və Türkiyə) yaradıcı şəxslər və QHT tərəfindən yarışmaya böyük maraq, diqqət göstərilib və müsabiqəyə 37 kreativ konseptli loqo variantları təqdim olunub.
Göndərilmiş bütün loqo versiyaları Rəssamlar İttifaqı, Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ADTGT nümayəndələrinin və müstəqil dizayn-rəssamlıq studiyaları təmsilçilərinin daxil olduğu Ekspert Komissiyası tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, bu ilin martın 18-dən aprelin 20-dək “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun müəyyənləşdirilməsi məqsədilə elan edilmiş beynəlxalq loqo müsabiqəsi Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət fəaliyyət göstərən, yaşayan qeyri-hökumət təşkilatları (QHT), yaradıcı təşkilatlar və fiziki şəxslər üçün nəzərdə tutulmuşdu.
Şərtlərə uyğun təqdim edilmiş loqo əvvəllər yayımlanmamış olmalı, öncə yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gəlməməli və müsabiqənin Konsepsiyasına uyğun məzmununu əks etdirməli idi.
Müsabiqənin qalibi Z.Gventsadze qeyd edib ki, loqoda Şuşa məscidi, xarı bülbül və musiqi açarı göstərilib. Loqonun üzərində ingilis dilində "Növbəti il Qarabağda" sözləri yazılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Şuşa Azərbaycan üçün bir simvoldur: “Şuşanın mədəni abidələrinin dağıdılması təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Bu baxımdan biz bu kampaniyanı davamlı olaraq davam etdirməliyik. Bu gün Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ və Şuşadır. Ona görə də düşünürəm ki, kampaniyanı olduqca əhəmiyyətlidir və uğurla davam etdiriləcək”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov isə qeyd edib ki, kampaniya bütün xarici ölkələrdə təşkil edilməlidir: "Azərbaycan Ordusu və ölkə gəncliyi işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır. Ermənilər bilirlər ki, onların başqa çıxış yolu qalmayıb. Azərbaycanın uğurları artdıqca, ermənilərin iç üzü bir daha üzə çıxır".
İcmanın üzvü, millət vəkili Rövşən Rzayev çıxışında loqonun əhəmiyyətini vurğulayıb: "Kampaniya istiqamətində fəaliyyət sistemli və geniş şəkildə davam etdirilməlidir. Mən arzu edirəm ki, kampaniya uğurlu olsun və Azərbaycanın ərazi bütövlüyü tezliklə təmin olunsun”.

Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |