Şrift:
Futbol Federasyonu idarə heyətinin üzvü: Əlirza Fəğani çempionluğu təbrizlilərdən aldı
09.06.2015 [13:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, mayın 15-də Təbrizdə keçirilən qalmaqalı “Traxtur-Neft” müsabiqəsində hakimin (davər) qərəzli qərarı və həyata keçirilən ssenari nəticəsində super liqa çempionluğu Azərbaycan komandasından alındı. Bu hadisə bir çox etirazlara səbəb oldu və bu günə qədər etirazlar müxtəlif formalarda davam edir.
Mövzu ilə əlaqədar İran Futbol Federasyonu idarə heyətinin üzvü bildirib ki, “Əlirza Fəğani (hakim) oyuna təsir edən yalnış qərarlarına görə “Traxtur” tərəfdarlarından üzr istəməlidir.”

Şəhram Dəbiri deyib: ““Traxtur-Neft” müsabiqəsinin hakimi Əlirza Fəğaninin yalnış qərarları çempionluğu Təbriz komandasından aldı və mənim fikrimcə Fəğani “Traxtur” tərəfdarlarından üzr istəməlidir.”

O sözlərinin davamında qeyd edib ki, ““Traxtur”un anlayışlı tərəfdarları dəfələrlə “eybi yox” şüarı ilə öz yüksək mədəniyyətlərini nümayiş etdiriblər və şübhəsizk ki, bu dəfə də daha bir “eybi yox” ilə Fəğanini bağışlayacaqlar.”
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed