Şrift:
Bakıda yolların bağlanmasına ehtiyac qalmadı
10.06.2015 [09:57] - Gündəm, Bildiriş
İyunun 9-da I Avropa Oyunları ilə əlaqədar son sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmasına zərurət yaranmadığından paytaxtın küçə və prospektlərində hərəkətin istiqaməti dəyişdirilməyəcək.

Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda yollar nəqliyyatın hərəkti üçün tam açıq olacaq.

Qeyd edək ki, bir gün öncə iyunun 9-da Bakıda I Avropa Oyunları ilə əlaqədar son sınaq tədbirlərinin keçirilməsi ilə bağlı saat 16:00-dan etibarən məşqlər tam başa çatanadək bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacağı və hərəkət istiqamətinin dəyişdiriləcəyi bildirilmişdi.

Bununla yanaşı, bölmə rəisi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından paytaxtın sürücü və avtomobil sahiblərini 20 gün şəxsi avtomobillərin istifadəsindən imtina etməyə çağırıb: "Bir daha sürücülərdən Avropa Oyunlarının keçirildiyi ərəfədə həm özlərinin, həm də ətrafdakıların rahatlığı üçün şəxsi avtomobillərdən istifadə etməmələrini, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Avtomobilsiz 20 gün" devizi altında kampaniyaya başlayıb. Hər bir avtomobil sahibini, sürücünü bu kampaniyaya qoşulmağa və 20 gün səbr edərək şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verməyə çağırırıq".
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed